Bank Of Baku

Moskvada azərbaycanlı tələbənin güllələnməsi ilə bağlı cinayət işi başlanıb, Rusiya Xalqlar Dostluğu Universitetində faktı araşdırmaq üçün komissiya yaradılıb

Moskvada azərbaycanlı tələbənin güllələnməsi ilə bağlı cinayət işi başlanıb, Rusiya Xalqlar Dostluğu Universitetində faktı araşdırmaq üçün komissiya yaradılıb
# 02 may 2007 10:35 (UTC +04:00)
Bu barədə APA-ya Moskvanın 64 saylı şəhər xəstəxanasının 9-cu şöbəsindən məlumat verilib. Reanimasiyadan palataya köçürülən soydaşımız artıq hüquq-mühafizə orqanlarının əməkdaşlarına ifadə verib. Xəstəxanadan bildiriblər ki, pasiyentin səhhəti və hərarəti normaldır. Moskvada təhsil alan soydaşlarımızın APA-ya verdiyi məlumata görə, Ağəli ilk dəfə dünən axşam əməliyyat olunandan sonra dindirilib. Hüquq-mühafizə orqanları baş verən hadisə ilə bağlı cinayət işi başlanması səbəbilə Ağəli Alışovdan ifadə alıblar. Hazırda universitet ərazisində yerləşdirilən təhlükəsizlik kamerasındakı görüntülər milis tərəfindən təhqiq olunur. Soydaşlarımız Moskvadakı Azərbaycan diasporasının güllə yarası alan Ağəli Alışovun xəstəxana və digər xərclərini öz üzərinə götürdüyünü deyiblər: “Ağəlinin müalicəsi ilə bağlı bütün xərcləri diaspora öz üzərinə götürüb. Bu gün Bakı vaxtı ilə saat 18.00-da isə Xalqlar Dostluğu Universitetində dünən erməni və azərbaycanlı tələbələr arasında baş verən insidentlə bağlı görüş keçirilməsi nəzərdə tutulur. Görüşə Universitetin bütün erməni və azərbaycanlı tələbələri dəvət edilib. Görüşdə tələbələr arasında bir daha bu cür insidentlərə yol verilməməsi barədə müzakirə aparılacaq”. Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin mətbuat katibi Qalina Kuzmina APA-ya açıqlamasında erməni tələbələrlə toqquşma zamanı güllə yarası alan Ağəli Alışovun bu təhsil müəssisəsində oxumadığını deyib: “Ağəli Alışov bizim tələbə deyil. Dünənki sərgi açıq tədbir idi, burada hər bir şəxs iştirak edə bilərdi. Artıq universitetdə baş verən hadisə ilə əlaqədar xüsusi ictimai komissiya yaradılıb. Komissiya təhqiqatın nəticələrini yaxın günlərdə açıqlayacaq”. Moskva şəhər daxili işlər idarəsindən APA-ya bildiriblər ki, baş vermiş insidentlə bağlı cinayət işi başlanıb, lakin prosesinin detalları istintaq sirri olması səbəbilə açıqlanmır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR