Bank Of Baku

Bakının Suraxanı rayonu və Cəlilabad ərazisində baş verən yol qəzalarında iki nəfər ölüb

Bakının Suraxanı rayonu və Cəlilabad ərazisində baş verən yol qəzalarında iki nəfər ölüb
# 02 may 2007 10:38 (UTC +04:00)
Bakının Suraxanı rayonu və Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində yol-nəqliyyat hadisələri baş verib. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, mayın 1-də saat 17:30 radələrində Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisində Bakı şəhər sakini Elnur Əliyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Aybəniz Tağıyevanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A. Tağıyeva orada ölüb. Saat 20:00 radələrində isə Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində Lənkəran rayon sakini Valeh Hüseynov "Kamaz" markalı avtomaşını idarə edərkən Sabirabad kənd sakini Maarif Əhməodovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən M. Əhmədovun həyatını xilas etmək mümkün olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR