Bank Of Baku

Ağstafa çayının daşması nəticəsində məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə ciddi ziyan dəyib, 7 ailə təcili evakuasiya olunub

Ağstafa çayının daşması nəticəsində məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə ciddi ziyan dəyib, 7 ailə təcili evakuasiya olunub
# 02 may 2007 14:01 (UTC +04:00)
Dünəndən etibarən Ağstafaçay su anbarında suyun səviyyəsi maksimum həddə çatıb. Su anbarının daşmaması üçün orada toplanan suyun bir qismi Ağstafa çayına buraxılıb. Nəticədə Ağstafa çayı məcrasından çıxıb və yaxınlıqda yerləşən 63 məcburi köçkün ailəsinin məskunlaşdığı Nərimanov qəsəbəsinə ciddi ziyan dəyib. Qazax rayon icra hakimiyyətindən APA-nın Qərb bürosuna verilən məlumata görə, artıq qəsəbədə yaşayan 7 ailə təhlükəsiz əraziyə evakuasiya edilib. Hazırda baş verə biləcək hər hansı təhlükənin qarşısını almaq üçün Ağstafa çayı sahillərində bəndlər qurulur və bərkitmə işləri aparılır. Qeyd edək ki, yağan yağılar nəticəsində Kür çayının Qazax rayonu ərazisində keçən hissəsində suyun səviyyəsi təhlükəli həddə qalxıb. Çayın məcrasında çıxması nəticəsində Aşağı Salahlı kəndinin ərazisində 100 hektar ərazini su basıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR