Bank Of Baku

Balakən sakinin meyiti tapılıb

Balakən sakinin meyiti tapılıb
# 02 may 2007 15:32 (UTC +04:00)
Balakən rayon sakinin meyiti ötən gün axşam yaşadığı mənzilindən tapılıb. Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, meyiti tapılan şəxs Balakən şəhəri Sərdar Gözəlov küçəsi ev 20, mənzil 13-də yaşayan, 1954-cü il təvəllüdlü Musayeva Gültamam Camaləddin qızıdır. Mərhumun meyitini evində qohumları aşkar ediblər. Mərhumun evinə baxış keçirən zaman onun tozsoranın kabeli ilə boğularaq öldürüldüyü müəyyən olunub. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, G. Musayevanın kimin tərəfindən qətlə yetirilməsinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR