Bank Of Baku

Erməni tələbələr azərbaycanlılarla münasibətləri aydınlaşdırmaq üçün təyin olunan görüşə yenə gəlməyiblər

Erməni tələbələr azərbaycanlılarla münasibətləri aydınlaşdırmaq üçün təyin olunan görüşə yenə gəlməyiblər
# 02 may 2007 16:21 (UTC +04:00)
Patris Lumumba adına Rusiya Xalqlar Dostluğu Universitetində azərbaycanlı və erməni tələbələr arasında münasibətlərin aydınlaşdırılması məqsədilə bu günə təyin olunan görüş baş tutmayıb. Bu barədə APA-ya görüşün təşkilatçıları məlumat veriblər. Görüş universitetdə Bakı vaxtı ilə saat 18.00-a təyin olunsa da, ermənilər görüşə qatılmaqdan imtina ediblər. Təyin olunan vaxtda görüşə 60 azərbaycanlı və hüquq-mühafizə orqanlarının 20-dək əməkdaşı gəlib. Moskva şəhər daxili işlər şöbəsindən APA-ya bildiriblər ki, əgər danışıqlar dinc formada keçsə, milis prosesə müdaxilə etməyəcək. Hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlı və erməni tələbələr arasında yeni toqquşma baş verəcəyi təqdirdə aksiyaya imkan verməyəcəklərini qeyd ediblər. Universitet rəhbərliyi isə bildirib ki, onlar ali təhsil müəssisəsində azərbaycanlılarla ermənilər arasında münasibətləri aydınlaşdırmaq üçün hətta dinc aksiyanın belə keçirilməsinə tərəfdar deyil. Azərbaycanlı tələbələr APA-ya bildiriblər ki, görüş təyin edilən yerdə bir saatdan artıq gözləsələr də, ermənilər görüşə gəlməyiblər. Qeyd edək ki, dünən universitetdə bir azərbaycanlı tələbənin güllələnməsi ilə bağlı insidentdən sonra azərbaycanlı tələbələr münasibətləri aydınlaşdırmaq üçün erməniləri “Cənub-Qərb” metro stansiyasının yaxınlığındakı “Makdonalds” restoranını yanına görüşə çağırsalar da, ermənilər dünən də görüşə gəlməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR