Bank Of Baku

Əzizbəyov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Əzizbəyov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 03 may 2007 15:14 (UTC +04:00)
Dünən Əzizbəyov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirlinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şüvəlan sakini Asif Rəsulov idarə etdiyi “VAZ-2106” markalı avtomaşını Əzizbəyov rayonu ərazisində yolun kənarındakı elektrik dirəyinə vurub və hadisə yerində ölüb. Səbayel rayonu Salyan yolu küçəsində isə Hacıqabul sakini Misir Baxşıyevin idarə etdiyi “QAZel” markalı mikroavtobus və Bakı sakini Elnur Orucovun idarə etdiyi “Mercedes” toqquşub. Nəticədə xəsarət alan hər iki sürücü və M. Baxşıyevin 11 sərnişini xəstəxanaya yerləşdirilib. Xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxnadan buraxılıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR