Bank Of Baku

Moskvada azərbaycanlı və erməni tələbələr arasında yeni toqquşmaların baş verməsinə dair xəbərlər yanlışdır

Moskvada azərbaycanlı və erməni tələbələr arasında yeni toqquşmaların baş verməsinə dair xəbərlər yanlışdır
# 04 may 2007 16:44 (UTC +04:00)
Moskvada azərbaycanlı və erməni tələbələr arasında yeni toqquşmaların baş verməsinə dair xəbərlər həqiqətə uyğun deyil. Bu barədə APA-ya azərbaycanlı tələbələr məlumat veriblər. Moskva şəhər Daxili İşlər İdarəsindən bildiriblər ki, insident faktı üzrə “xuliqanlıq” maddəsi ilə cinayət işi qaldırılıb. Günahkarlara 6 aydan 5 ilə qədər şərti cəza verilə bilər. Ermənilər artıq vəkil tutublar. Yaralanmış azərbaycanlı tələbə - Ağası Alışovun da vəkili var. 64 saylı xəstəxanada yatan A. Alışovun vəziyyəti yaxşılaşır və o, gələn həftə buraxılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR