Bank Of Baku

Dəvəçi sakini öz həmyerlisini ov tüfəngi ilə yaralayıb

Dəvəçi sakini öz həmyerlisini ov tüfəngi ilə yaralayıb
# 05 may 2007 08:09 (UTC +04:00)
Dəvəçi rayonunun Suğra kənd sakini Kazım Məmmədov Dəvəçi şəhər sakini, 23 yaşlı Balabəy Balabəyova ov tüfəngindən atəş açaraq ona ciddi xəsarət yetirib. Rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, hadisə borc üstündə mübahisə zəminində baş verib. Belə ki, K. Məmmədov B. Balabəyova 2000 ABŞ dolları borclu imiş. B. Balabəyov borcun ödənməsini tələb edərkən o, 12 baş qoyun təklif edib və qalan pulun əvəzini də bu cür ödəyəcəyini bildirib. Mübahisə zəminində qeyd edilən cinayət hadisəsi baş verib. Olaydan sonra K. Məmmədov həbs edilib. Faktla bağlı rayon Polis Şöbəsində təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR