Bank Of Baku

Həyat yoldaşının xalasını qətlə yetirən Balakən sakini həbs edilib

Həyat yoldaşının xalasını qətlə yetirən Balakən sakini həbs edilib
# 07 may 2007 09:20 (UTC +04:00)
Balakən şəhər sakini Gültaman Cəmaləddin qızı Musayevanı qəddarlıqla qətlə yetirən şəxs həbs edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Qeyd edək ki, G. Musayevanın meyiti aprelin 30-da yaşadığı evdə aşkarlanmışdı. O, tozsoranın kabeli ilə boğularaq öldürülmüşdü. Balakən RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı G. Musayevanı Balakən rayon Tülü kənd sakini, 1982-ci il təvəllüdlü Zamiq Məhəmməd oğlu Osmanovun qətlə yetirdiyi müəyyənləşib. İlkin istintaq zamanı Z. Osmanov törətdiyi cinayəti etiraf edərək bildirib ki, aprelin 29-da gecə saatlarında həyat yoldaşının xalası G.Musayevanın evinə gəlib və orada tanımadığı bir kişi görüb. Bundan sonra onunla qadın arasında mübahisə başlayıb. Mübahisənin qızışdığını görən kişi evi tərk edib, Z.Osmanov isə həyat yoldaşının xalasını döydükdən sonra tozsoranın kabeli ilə boğub. Faktla bağlı Balakən Rayon Prokurorluğunda Z. Osmanov barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi qaldırılıb, istintaq aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR