Bank Of Baku

Ötən ay Bakıda baş verən yol qəzalarında 25 nəfər ölüb

Ötən ay Bakıda baş verən yol qəzalarında 25 nəfər ölüb
# 07 may 2007 11:54 (UTC +04:00)
Aprel ayında Bakıda baş verən 146 yol-qəza hadisəsində 25 nəfər ölüb, 170 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Bu barədə APA-ya Bakı şəhər Yol Polisi İdarəsinin təhlükəsizliyin təmini və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-qəza hadisələri 18, ölüm hadisələri 3, xəsarət halları 14 fakt artıb. V. Əsədov bildirib ki, ötən həftə ərzində Bakıda baş verən 34 yol-qəza hadisəsində 5 nəfər ölüb, 50 nəfər isə yaralanıb. Məqsədli qabaqlayıcı tədbirlər nəticəsində Bakı Şəhər Yol Polisi əməkdaşları tərəfindən ötən həftə ərzində 7264 sürücü saxlanılaraq törətdikləri xətaya uyğun cəzalandırılıb. Saxlananların 164 nəfərini sərxoş, 127 nəfərini qəza şəraiti yaradan, 23 nəfərini polisə tabe olmayan, 218 nəfərini işıqforun qırmızı işığında keçən sürücü təşkil edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR