Bank Of Baku

Əli Bayramlı sakini münaqişə zəminində əmisini bıçaqlayıb

Əli Bayramlı sakini münaqişə zəminində əmisini bıçaqlayıb
# 10 may 2007 09:12 (UTC +04:00)
Əli Bayramlı sakini münaqişə zəminində əmisini bıçaqlayıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Əli Bayramlı Şəhər Polis Şöbəsindən (ŞPŞ) məlumat verilib. Məlumatda bildirilir ki, mayın 10-da saat 16:00 radələrində şəhərin Neftçilər küçəsi-26 ünvanında yaşayan 1981-ci il təvəllüdlü Daşqın Dilqəm oğlu Əhmədov münaqişə zəminində Qədirli küçəsi-88-də yaşayan 1975-ci il təvəllüdlü əmisi Coşqun Qurbani oğlu Əhmədovu bıçaqlayaraq ağır yaralayıb. Yaralı əvvəlcə Əli Bayramlı Şəhər Xəstəxanasına yerləşdirilib, sonra isə vəziyyəti ağır olduğundan Bakıdakı Topçubaşov adına Eksperimental Cərrahiyyə İnstitutuna çatdırılaraq əməliyyat olunub. Həkimlərin bildirdiyinə görə, yaralının vəziyyəti çox ağırdır. Faktla bağlı Əli Bayramlı ŞPŞ-də cinayət işi açılıb, təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR