Bank Of Baku

Səbayel rayonunda baş verən davada bir polis əməkdaşı öldürülüb, digəri isə yaralanıb

Səbayel rayonunda baş verən davada bir polis əməkdaşı öldürülüb, digəri isə yaralanıb
# 10 may 2007 10:59 (UTC +04:00)
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Nizami küçəsində Bakı şəhər sakini Azər Seyidağa oğlu Zakiri sərxoş halda ictimai qaydanı kobud surətdə pozub və onu intizama dəvət edən polis serjantları Amil İbrahimov və Arif İsmayılova bıçaqla xəsarət yetirib. Əvvəllər məhkum olunan Azad Zakirinin bıçaq zərbələri nəticəsində Amil İbrahimov boğaz nahiyəsindən, Arif İsmayılov isə qolundan yaralanıb. Hər iki polis əməkdaşı təcili xəstəxanaya çatdırılıb, lakin həkimlər boğaz nahiyəsindən yaralanan Amil İbrahimovun həyatını xilas edə bilməyiblər. Digər yaralı Arif İsmayılovun vəziyyəti isə qənaətbəxşdir. Polis əməkdaşını qətlə yetirən Azad Zakiri tutulub, araşdırma aparılır. Vəfat edən polis əməkdaşı bu gün Keşlə qəbiristanlığında torpağa tapşırılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR