Bank Of Baku

Masallı sakini Bakıda qarət edilib

Masallı sakini Bakıda qarət edilib
# 10 may 2007 11:04 (UTC +04:00)
Masallı rayon sakini Rasim Bağırova qarşı soyğunçuluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İntiqam adlı şəxs maşın alacağı adı ilə R. Bağırovu Nəsimi rayonu Cavadxan küçəsindəki evə gətirib, orada 3 nəfərlə birgə onun başına torba keçirərək əl-ayağını bağlayaraq döyüb, 3100 dollar və 80 manat pulunu alıblar. Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxslərdən Cəlilabad rayon sakini Anar Nuriyev və Neftçala rayon sakini Ruslan Əliyev tutulub, digər 2 nəfərin tutulması üçün tədbirlər davam etdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR