Bank Of Baku

Ötən gecə qətlə yetirilmiş polis əməkdaşı Amil İbrahimov bu gün dəfn olunub

Ötən gecə qətlə yetirilmiş polis əməkdaşı Amil İbrahimov bu gün dəfn olunub
# 10 may 2007 15:03 (UTC +04:00)
APA-nın məlumatına görə, Keşlə qəbiristanlığındakı dəfn mərasimində daxili işlər nazirinin müavini Oruc Zalov, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi Məhərrəm Əliyev və digər yüksək rütbəli polis əməkdaşları iştirak ediblər. Baş vermiş hadisə ilə bağlı APA-ya açıqlama verən BŞBPİ rəisi M. Əliyev deyib ki, A. İbrahimov xidməti vəzifəsini yerinə yetirərkən qətlə yetirilib. BŞBPİ rəisi öldürülən polis əməkdaşının qanının yerdə qalmayacağını bildirib: “Belə hadisələr Bakıda tez-tez baş vermir. Hadisəni törədən şəxs qanunla ən sərt formada cəzalandırılacaq . Bu adam əvvəllər məhkum olunub”. M. Əliyev öldürülən və yaralanan polis əməkdaşlarının dövlət mükafatına layiq görülməsi ilə bağlı Daxili İşlər Nazirliyi qarşısında vəsatət qaldıracaqlarını deyib. M. Əliyev hadisəni törədən şəxsin saxlanıldığını, faktla bağlı cinayət işinin başladıldığını araşdırma aparıldığını bildirib.
Daxili işlər nazirinin müavini Oruc Zalov isə APA-ya açıqlamasında hadisənin artıq həbs edilmiş sərxoş şəxs tərəfindən törədildiyini bildirib: “Hadisə gecə saat 01.00 radələrində baş verib. Hadisəni tərədən şəxs özünü çox pis apararaq insanların istirahətini pozub. Polis əməkdaşları onu intizama dəvət ediblər. O, əvvəlcə tabe olub, sonra isə arxadan polis əməkdaşına hücum edərək ağır xəsarət yetirib. Hadisə nəticəsində Amil İbrahimov dünyasını dəyişib”.
Qeyd edək ki, bu gün gecə saatlarında Nizami küçəsində Bakı şəhər sakini Azər Seyidağa oğlu Zakiri sərxoş halda ictimai qaydanı kobud surətdə pozub və onu intizama dəvət edən polis çavuşları Amil İbrahimov və Arif İsmayılova bıçaqla xəsarət yetirib. Hadisə nəticəsində A. İbrahimov boğaz nahiyəsindən, A. İsmayılov isə qolundan yaralanıb. Hər iki polis əməkdaşı təcili xəstəxanaya çatdırılıb, lakin həkimlər boğaz nahiyəsindən yaralanan A. İbrahimovun həyatını xilas edə bilməyiblər. A. İsmayılovun vəziyyəti isə qənaətbəxşdir. Polis əməkdaşını qətlə yetirən Azad Zakiri tutulub, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR