Bank Of Baku

20 günlük əsgərin müəmmalı şəkildə dünyasını dəyişməsi ilə bağlı iki nəfər həbs olunub

20 günlük əsgərin müəmmalı şəkildə dünyasını dəyişməsi ilə bağlı iki nəfər həbs olunub
# 11 may 2007 15:21 (UTC +04:00)
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri Yəhya İlyas oğlu Ağayevin hərbi xidmətə çağırıldıqdan 20 gün sonra müəmmalı ölümü ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluqdan APA-ya verilən məlumata görə, əsgərin ölümü ilə bağlı cinayətin törədilməsində təqsirli bilinən şəxslər, müddətli hərbi qulluqçular Zakir Əliyev və Emin Abbasovun barəsində həbs-qətimkan tədbiri seçilib. İşin istintaqı Bakı Hərbi Prokurorluğunda aparılır.
Qeyd edək ki, əsgər Y. Ağayev qulluq etdiyi hərbi hissədə fiziki təzyiqlərə məruz qalıb və hospitala yerləşdirilib. Lakin Y. Ağayevin həyatını xilas etmək mümkün olmayıb. O, aldığı bədən xəsarətlərindən mayın 5-də ölüb. 1989-cu təvəllüdlü Y. Ağayev bu ilin aprelində Salyan rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR