Bank Of Baku

Lənkəranda keçirilən əməliyyat nəticəsində İran vətəndaşından külli miqdarda narkotik maddə götürülüb

Lənkəranda keçirilən əməliyyat nəticəsində İran vətəndaşından külli miqdarda narkotik maddə götürülüb
# 12 may 2007 10:18 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsi üzrə regional şöbəsi, Lənkəran şəhər Polis Şöbəsi və Baş Dövlət Yol Polisinin 12-ci tağımının birgə keçirdikləri əməliyyat nəticəsində İran vətəndaşından külli miqdarda narkotik maddə götürülüb. Bu barədə APA-nın Cənub bürosuna Lənkəran şəhər Polis Şöbəsinin rəisi İlham Hüseynov məlumat verib.
İ.Hüseynovun sözlərinə görə, əməliyyat qrupu Lənkəran rayonu ərazisində İranın Ərdəbil şəhər sakini, 1959-cu il təvəllüdlü Əfsər Hüseyn oğlu Behruninin idarə etdiyi ağır tonnajlı yük maşınını saxlayaraq baxış keçirib. Baxış zamanı maşının kabinəsində narkotik maddə olan tiryək aşkar edilib. Saxlanılan iranlı sürücü yükdən xəbəri olmadığını, sərhəddən keçərkən tanımadığı iki naməlum qadının onları Astara rayonunun Telman kəndinə qədər aparmağı xahiş etdiklərini deyib. Əllərində çoxlu sellofan torba olan qadınlar göstərilən ünvanda maşından düşüblər. Polis əməkdaşları Ə.Behruninin fikrlərinin əsassız olduğunu bildiriblər. Götürülən maddi sübutlar ekspertizaya göndərilib. Fakt üzrə təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR