Bank Of Baku

Ermənilərin yaraladığı Ağəli Alışovun vəkili istintaqın gedişindən razı deyil

Ermənilərin yaraladığı Ağəli Alışovun vəkili istintaqın gedişindən razı deyil
# 14 may 2007 10:29 (UTC +04:00)
“Ağəli Alışov ötən cümə günü xəstəxanadan çıxıb və səhhəti ilə əlaqədar mən hələlik müstəntiqləri onun yanına buraxmamışam. Çox güman ki, o, istintaqa ilk ifadəsinin sabah verəcək”. Bu sözləri APA-ya açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetində azərbaycanlı və erməni tələbələr arasında baş vermiş insident zamanı yaralanmış Ağəli Alışovun vəkili Namiq Əzimov deyib. O bildirib ki, istintaq ballistik ekspertizanın nəticələrinin 1-2 günə hazır olacağını deyib: “İstənilən halda Ağəliyə hansı silahdan atəş açıldığı bu həftə bəlli olacaq və cinayəti törədən şəxsin kimliyini müəyyənləşdirmək asanlaşacaq”. Vəkilin sözlərinə görə, hazırda 5 şübhəli şəxs var və onların odlu silahı əllərindən alınıb. Şübhəli şəxslərin milli mənsubiyyəti hələlik açıqlanmır. N. Əzimov istintaqın bəzi məqamları ilə razı olmadığını da bildirib. Belə ki, cinayət olayı Rusiya Cinayət Məcəlləsinin “xuliqanlıq” maddəsi üzrə araşdırılır. Vəkil bunun daha ağır maddə ilə dəyişdirilməsini tələb edəcəyini açıqlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR