Bank Of Baku

Mingəçevir-Bakı marşrutu ilə hərəkət edən “Ford” markalı mikroavtobus yanıb

Mingəçevir-Bakı marşrutu ilə hərəkət edən “Ford” markalı mikroavtobus yanıb
# 14 may 2007 12:03 (UTC +04:00)
Mingəçevir-Bakı marşrutu ilə hərəkət edən “Ford” markalı mikroavtobus bu gün saat 13.00-də Səbayel rayonu ərazisində yanıb. Səbayel rayon Polis İdarəsinin 9-cu polis bölməsindən APA-ya verilən məlumata görə, Şeyx Şamil küçəsi ilə Lermontov küçələrinin kəsişməsində Şuşa şəhərindən olan məcburi köçkün Xəyyam Ağayevə məxsus “10 KF 946” dövlət nömrə nişanlı “Ford” markalı mikroavtobus yanıb. Yanğın zamanı mikroavtobusda olan sərnişinlər salonu tərk ediblər, xəsarət alan olmayıb. Hadisənin maşının motor hissəsində baş verən qısa qapanma nəticəsində baş verdiyi güman olunur. Faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR