Bank Of Baku

Əli Bayramlı sakini münaqişə zəminində həmyerlisini bıçaqlayıb

Əli Bayramlı sakini münaqişə zəminində həmyerlisini  bıçaqlayıb
# 14 may 2007 15:41 (UTC +04:00)
Əli Bayramlı sakini münaqişə zəminində həmyerlisini bıçaqlayıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Əli Bayramlı Şəhər Xəstəxanasının növbətçi hissəsindən məlumat verilib. Mayın 13-də saat 20:15 radələrində şəhərin Əli Bayramov küçəsi-29 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Zaur Rasim oğlu Hüseynov münaqişə zəminində 1962-ci il təvəllüdlü Ziyafət Siyasət oğlu İsmayılovu bıçaqlayaraq ağır yaralayıb. Yaralı Əli Bayramlı Şəhər Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub. Həkimlərin bildirdiyinə görə, yaralının vəziyyəti orta ağırdır. Faktla bağlı Əli Bayramlı Şəhər Polis Şöbəsində cinayət işi açılıb, təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR