Bank Of Baku

Mingəçevirdə maşın körpüdən aşaraq Kürə düşüb, xəsarət alanlar var

Mingəçevirdə maşın körpüdən aşaraq Kürə düşüb, xəsarət alanlar var
# 15 may 2007 13:26 (UTC +04:00)
Mingəçevir şəhərində Heydər Əliyev adına prospektin Kür çayının üzərində salınmış körpü olan hissəsində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, Mingəçevir şəhər sakini Zöhrab Məmmədovun idarə etdiyi VAZ-21 07 markalı 09-BA-372 dövlət nömrə nişanlı avtomobil körpüdən aşaraq, suya düşüb. Qəza nəticəsində sürücü və sərnişinlər Müşfiq Abdullayevlə Çingiz Quliyev müxtəlif dərəcəli xəsarət alıblar. Onlar Mingəçevir şəhər xəstəxanasına yerləşdiriliblər. Ç. Quliyev ambulator yardım göstərildikdən sonra evə buraxılıb, digər iki nəfərin vəziyyəti isə ağırdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR