Bank Of Baku

Tərtərdə üç ədəd partlamamış hərbi sursat aşkarlanıb

Tərtərdə üç ədəd partlamamış hərbi sursat aşkarlanıb
# 18 may 2007 09:17 (UTC +04:00)
Tərtərdə üç ədəd partlamamış hərbi sursat aşkarlanıb. Tərtər şəhərinin mərkəzi küçələrindən birində bir ədəd RQD-5 əl qumbarası, Şıxarx qəsəbəsində bir ədəd OZM-72 markalı piyada əleyhinə mina, Səhləbad kəndində isə 125 mm kalibrli tank mərmisi tapılıb. ANAMA-nın və BAMF-ın əməkdaşları aşkarlanmış sursatların hamısını zərərsizləşdirə biliblər. BAMF-dan APA-nın Qarabağ bürosuna verilən məlumata görə, Şıxarx qəsəbəsinin sakini Murad Muxtarov həyətində işləyəndə minaya toxunub. Xoşbəxtlikdən mina partlamayıb. Əl qumbarası isə şəhərdə aparılan abadlıq işləri zamanı su kanalından tapılıb. ANAMA mütəxəssislərinin sözlərinə görə, aşkarlanan döyüş sursatlarının üçü də təhlükəli hesab edilir və xırda təkanla partlamaq qabiliyyətinə malikdirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR