Bank Of Baku

Moskvada odlu silahdan atəş açaraq soydaşımız Ağəli Alışovu yaralamış şəxsin kimliyi müəyyənləşdirilib

Moskvada odlu silahdan atəş açaraq soydaşımız Ağəli Alışovu yaralamış şəxsin kimliyi müəyyənləşdirilib
# 22 may 2007 12:52 (UTC +04:00)
Patris Lumumba adına Rusiya Xalqlar Dostluğu Universitetində (RXDU) azərbaycanlılarla ermənilər arasında baş vermiş insident nəticəsində güllə yarası almış Ağəli Alışov Azərbaycandadır. Lakin bu həftə ərzində o, yenidən Moskvaya qayıda bilər. A. Allışovun vəkili Namiq Əzimov APA-ya açıqlamasında bildirib ki, hadisə ilə əlaqədar istintaq artıq bir azərbaycanlını şahid qismində dindirib, daha bir soydaşımız isə bu günlərdə şahid qismində ifadə verəcək. Vəkilin sözlərinə görə, ballistik ekspertizanın nəticələri də artıq məlumdur. Ekspertizanın nəticələrinə görə, insidentin günahkarını müəyyənləşdirmək də artıq mümkün olub. Lakin onun adı hələlik açıqlanmır: “Həmin şəxs bəzi prosessual məqamlara görə hələlik həbs olunmayıb”.
Qeyd edək ki, bu il mayın 1-də RXDU-də erməni və azərbaycanlı tələbələr arasında baş vermiş insident zamanı ermənilərin odlu silahdan açdığı atəş nəticəsində A. Alışov qarın nahiyəsindən güllə yarası alıb. 64 saylı Moskva şəhər xəstəxanasında cərrahiyyə əməliyyatı olunan A. Alışov bir müddətdən sonra xəstəxanadan buraxılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR