Bank Of Baku

Ağdamın kəndlərində 1-ci Qarabağ müharibəsindən qalmış mərmilər aşkarlanıb

Ağdamın kəndlərində 1-ci Qarabağ müharibəsindən qalmış mərmilər aşkarlanıb
# 22 may 2007 16:28 (UTC +04:00)
Ağdamın Zəngişalı və Mahrızlı kəndlərində müharibə dövründən qalmış mərmilər aşkarlanıb. Bu barədə Ağdam rayon İcra Hakimiyyətinə yerli sakinlər məlumat veriblər. Hadisə yerinə gələn “Dayaq” qeyri-hökumət humanitar təşkilatının mütəxəssisləri Zəngişalı kənd sakini Sitarə Məmmədovanın həyətində, Mahrızlı kəndində Elşad Əliyevə məxsus iaşə obyektində, həmin kəndin sakini Vidadi Abbasovun həyətində mina və partlamamış hərbi sursatlar aşkarlayıblar.
Qurumun əməliyyat meneceri Ehtiram Cəfərovun APA-nın Qarabağ bürosuna verdiyi məlumata görə, ilk olaraq Sitarə Məmmədovaya məxsus həyətyanı sahədə qazıntı-axtarış işlərinə başlanılıb. Mərmilərin zərərsizləşdirilməsi və əhalinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər həyata keçirilib. Həmin kəndlərin ərazilərində son günlər 1 ədəd tank əleyhinə mina, 1 ədəd “OQE-9” markalı mərmi tapılaraq zərərsizləşdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR