Bank Of Baku

Ermənistan tərəfi əsir Azərbaycan əsgəri barədə növbəti məlumat yayıb

Ermənistan tərəfi əsir Azərbaycan əsgəri barədə növbəti məlumat yayıb
# 23 may 2007 09:30 (UTC +04:00)
“Ermənistan tərəfinin Samir Məmmədovun Azərbaycana qayıtmaq istəməməsi, İrəvanda qalmaq fikrində olması barədə yaydığı məlumatlar uydurmadır. Biz dəfələrlə bəyan etmişik və yenə də o fikirdə qalırıq ki, Samir Ermənistanda qalmaq fikrinə düşə, vətəninə xəyanət edə bilməz”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan ordusunun Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülən əsgəri Samir Məmmədovun əmisi Vidadi Məmmədov deyib. Ermənistanın “Novosti-Armeniya” agentliyi isə bu gün S. Məmmədovun Azərbaycana qayıtmaqdan imtina etməsi barədə növbəti xəbər yayıb. Məlumata əsasən əsir əsgər Ermənistan Ombudsman Aparatının nümayəndələri ilə görüşündə Azərbaycana qayıtmaq və üçüncü ölkəyə getmək fikrində olmadığını bildirib. S. Məmmədov hətta valideynlərinin olmadığını, Bakıda uşaq evində böyüdüyünü söyləyib. İddia edilir ki, guya S. Məmmədova orduda vaxtından artıq qulluq etmək barədə ərizə yazdırmaq istəyiblər və o, pis münasibətə görə Ermənistan tərəfə keçib. Ancaq əmisi Samirin uşaq evində böyüməsi barədə xəbəri cəfəngiyat adlandırıb. Onun sözlərinə görə, S. Məmmədov hərbi xidmətə gedənə qədər Bərdə rayonunun Yeni Əyricə kəndində valideynləri ilə birgə yaşayıb: “Biz heç vaxt inana bilmərik ki, Samir valideynlərindən imtina etsin. Samirdən məcburi şəkildə orduda qalmağın tələb olunmasına gəlincə, bu da ağ yalandır. Çünki Samirin ən böyük arzusu hərbçi olmaq idi”. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu da “Novosti-Armeniya”nın məlumatını Ermənistanın növbəti təxribatı kimi qiymətləndirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR