Bank Of Baku

Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın baş verib

Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın baş verib
# 23 may 2007 09:39 (UTC +04:00)
Mayın 22-də saat 19:00 radələrində Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 43 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yanğın baş verib. Yanğın nəticəsində 8-ci mərtəbədə yerləşən ümumi sahəsi 78 kvadratmetr olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 60 kvadratmetrdə, 9-cu mərtəbədəki ümumi sahəsi 78 kvadratmetr olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 5 kvadratmetr sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqə İdarəsinin Mətbuat Xidməti Şöbəsindən APA-ya verilən məlumata görə, yanğının söndürülməsi zamanı təhlükəli zonadan 40 nəfər sakin təhlükəsiz sahəyə evakuasiya olunub, 9cu mərtəbədə yaşayan 1960cı il təvəllüdlü İsgəndərova Sevda Əli qızı mənzilin eyvanından avtonərdivan vasitəsilə yanğınsöndürənlər tərəfindən xilas edilib. Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı sakinlərə və binaya dəyən ziyan müəyyənləşdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR