Bank Of Baku

Təbrizdə kütləvi aksiya keçirmək üçün çağırışlar edən 15 azərbaycanlı həbs edilib

Təbrizdə kütləvi aksiya keçirmək üçün çağırışlar edən 15 azərbaycanlı həbs edilib
# 23 may 2007 10:00 (UTC +04:00)
APA-nın xəbərinə görə, İranın İSNA agentliyi Təbrizin şimal-qərbində azı 15 nəfərin həbs olunduğu barədə məlumat yayıb. İSNA yaxalanan şəxslərin Şərqi Azərbaycanda ötən il baş verən olayları yenidən alovlandırmaq istəyən xarici dövlətlərin agentlərindən tapşırıq aldıqlarını bildirib. Təbrizin prokuroru Yusif Firuzi agentliyə açıqlamasında deyib: “Son bir neçə gün ərzində xaricdən dəstəklənən adamlar Təbrizdə nümayiş keçirilməsi üçün vərəqələr yayırdı. Bununla bağlı 15 nəfər yaxalanıb və istintaq davam edir”.
Xatırladaq ki, ötən ilin mayında İranın rəsmi mətbuat orqanında azərbaycanlıların təhqir olunmasından sonra ölkənin azərbaycanlılar yaşayan şəhərlərində irimiqyaslı kütləvi etiraz aksiyaları keçirilmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR