Bank Of Baku

Xızı, Tovuz və Cəlilabad rayonlarında baş verən yol qəzalarında 4 nəfər ölüb

Xızı, Tovuz və Cəlilabad rayonlarında baş verən yol qəzalarında 4 nəfər ölüb
# 23 may 2007 10:03 (UTC +04:00)
Xızı, Tovuz və Cəlilabad rayonları ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində Dəvəçi rayon sakini Akif Ağarzayevin idarə etdiyi “Kamaz” və Şərur rayon sakini Eynulla İsmayılovun idarə etdiyi “Daewoo-Nexia” markalı avtomaşınlar toqquşublar. Nəticədə E. İsmayılov hadisə yerində ölüb, xəsarət almış bir sərnişin isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Tovuz rayonunun Yoğunbulaq kənd sakini Yunus Məmmədov idarə etdiyi “VAZ-2121” markalı avtomaşını kənddəki dərəyə aşırıb və nəticədə hadisə yerində ölüb. Cəlilabad şəhərinin H. Əliyev küçəsində isə rayon sakini Əfqan Hüseynov idarə etdiyi “VAZ-2101” markalı avtomaşınla Callar kənd sakini Cəmilə Cəfərovanı vurub. Nəticədə C. Cəfərova hadisə yerində ölüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR