Bank Of Baku

Gürcüstanda cinayət məsuliyyətinə cəlb olunmaq yaşı 14-dən 12-yə endirilib

Gürcüstanda cinayət məsuliyyətinə cəlb olunmaq yaşı 14-dən 12-yə endirilib
# 24 may 2007 07:35 (UTC +04:00)
Gürcüstan parlamenti cinayət məsuliyyətinə cəlb olunmaq yaşını 14-dən 12-yə endirən qanun layihəsini qəbul edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, parlamentdə keçirilən səsvermə zamanı Cinayət Məcəlləsinə bu dəyişiklik yekdil səslə qəbul olunub. Cinayət Məcəlləsinə dəyişiklik cəzaçəkmə müəssisələrində azyaşlıların cəza çəkməsi üçün müvafiq şərait yaradıldıqdan sonra qüvvəyə minəcək. Son zamanlar Gürcüstanda azyaşlı və yeniyetmə uşaqlar tərəfindən cinayət törədilməsi hallarının, xüsusi həmyaşıdların qətlə yetirilməsi faktlarının artması müşahidə olunur. Təhsil Nazirliyi məktəblilər arasında cinayət hallarının artmasının qarşısını almaq məqsədilə bir sıra preventiv tədbirlər hazırlayır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR