Bank Of Baku

Metronun “Məşədi Əzizbəyov” stansiyasının ətrafında yerləşən bütün ticarət və iaşə obyektləri sökülür

Metronun “Məşədi Əzizbəyov” stansiyasının ətrafında yerləşən bütün ticarət və iaşə obyektləri sökülür
# 24 may 2007 16:55 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının məlumata görə, söküntü zamanı “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin və Nizami rayon İcra Hakimiyyətinin nümayəndələri ilə bazarın satıcıları, ərazidə obyektləri olan şəxslər arasında mübahisə yaranıb. Satıcılar ərazidən əşyalarını və mallarını aparmaq üçün onlara vaxt verilmədiyini bildiriblər. Onlar baş verənlərə etiraz əlaməti olaraq avtomobil yolunu bağlamağa çalışsalar da, Nizami rayon Polis İdarəsinin əməkdaşları onların bu cəhdinin qarşısını alıb. Satıcılar ərazidə “Merkuri-2” bazarında təxminən 500-dək şəxsin ticarətlə məşğul olduğunu bildiriblər. Onlar baş verənlərlə bağlı müvafiq qurumlara şikayət edəcəklərini də söyləyiblər. Nizami rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Ərrəhman Həsənov isə APA-ya açıqlamasında bazarın sökülməsini ərazidən keçən avtomobil yolunun trayektoriyasının dəyişdirilməsi və yol ötürücünün inşası ilə əlaqələndirib. Onun sözlərinə görə, bazarın sökülməsinə başlamazdan əvvəl yaradılan Dövlət Komissiyası ərazidə inventarlaşma işləri aparıb. Bu işlər görüləndə ərazidə ticarətlə məşğul olan bütün şəxslərə xəbərdarlıq edilib. Ə. Həsənovun sözlərinə görə, həmin ərazidə ticarətlə məşğul olan insanlar müraciət edəcəklərini təqdirdə, digər ticarət mərkəzlərində yerləşdirilə bilərlər: “Biz ehtiyacı olan insanlara kömək etməyə hazırıq”. O, bir neçə gün ərzində ərazidəki tikintilərin tamam söküləcəyini deyib. Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov da APA-ya açıqlamasında bazarın sökülməsini orada yerləşən obyektlərin yolun trayektoriyasına düşməsi ilə əlaqələndirib. C. Qurbanov sökülən obyektlərin sahiblərinin başqa ərazidə yerlə təmin olunması üçün Nizami rayon İcra Hakimiyyətinin məsuliyyət daşıdığını vurğulayıb: “Bu obyektlər körpünün altına düşür. Ümumiyyətlə, yolların keçdiyi ərazilərə, mühafizə zolaqlarına düşən bütün tikililər söküləcək”. /APA/



1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR