Tiflisdə “Sivilizasiyalararası qloballaşma və dialoq” mövzusunda beynəlxalq konfrans başlayıb
Tədbirdə Gürcüstan prezidenti Mixail Saakaşvili giriş nitqi ilə çıxış edib. Gürcüstanın iqtisadi inkişafından söz açan M. Saakaşvilinin sözlərinə görə, 3-4 il əvvəl Gürcüstanda iqtisadi vəziyyət çox pis olub: “Ölkənin 80 faizi elektrik enerjisi ilə təmin olunmurdu. Artıq bu problem aradan qalxıb. 2002-ci ildə Gürcüstan yoxsul ölkələrin siyahısında idisə, indi sürətlə dəyişən ölkələrdən biridir. Ölkəmizə sərmayə qoyuluşunun həcmi artıb, yolların təmiri və nəqliyyat təhlükəsizliyi təmin olunub”. Mədəniyyətlərarası dialoqa toxunan M. Saakaşvili Gürcüstanda etnik rəngarəngliyin olduğunu, azərbaycanlılarla gürcülərin sülh şəraitində yaşadığını vurğulayıb: “Məndən əvvəlki hökumət və mənim müxalifətim mənə və Zurab Jvaniyaya erməni deyirdi. Halbuki mən təmiz gürcüyəm. Onlara belə cavab verdim ki, əgər siz ermənilərə nifrət edirsinizsə, mən erməniyəm, əgər azərbaycanlılara nifrət edirsinizsə, mən azərbaycanlıyam, əgər yəhudilərə nifrət edirsinizsə, mən yəhudiyəm”. Gürcüstan prezidenti ölkəsində etnik ayrı-seçkiliyin olmadığını bəyan edib: “Marneulidə Beynəlxalq Universitetdə gürcü dili kursları açılıb. Mənim üçün xoşdur ki, hər gün azərbaycanlılar və ermənilər Gürcüstan bayrağını qaldırıb, Gürcüstan marşını oxuyur, dərslərə hər gün belə başlayırlar”. M. Saakaşvili Gürcüstanda dini tolerantlığın mövcudluğuna da diqqət çəkib: “Mən tolerantlığın inkişafına xüsusi önəm verirəm. Gürcüstan ortodoks kilsəsi ölkənin inkişafında və tolerantlığın qorunmasında çox böyük rol oynayır. Buna görə II İlyaya təşəkkür edirəm. Tbilisi kilsə, sinaqoq və məscidin birləşdiyi bir yerdir”.
Daha sonra konfransda Bütün Gürcüstanın patriarxı II İlya çıxış edib. O, dinlərarası dialoqun vacibliyindən danışaraq bildirib ki, mədəniyyətlərarası dialoq həm də dinlərarası dialoq deməkdir: “Artıq heç bir xalq və heç bir ölkə qloballaşmadan yayına bilməz. Ancaq qloballaşma xalqların, dövlətlərin milli ruhuna toxunmamalıdır”.
Tədbirdə Azərbaycandan millət vəkili Qənirə Paşayeva, APA İnformasiya Agentliyinin baş redaktoru Vüsalə Mahirqızı və “Azad Azərbaycan” televiziyasının redaktoru Etibar Məmmədovun çıxışı gözlənilir. /APA/
Xəbər Lenti
Moskvada inzibati binada güclü yanğın baş verib, 60 nəfər təxliyə edilib
Uolts: ABŞ İranın neft gəlirlərinin necə xərclənəcəyinə nəzarət etmək istəyir
İran nümayəndə heyəti Trampın təhdidlərinə etiraz olaraq danışıqlar məkanını tərk edib
IRIB: İran və Qətər nümayəndə heyətləri İsveçrədə ikitərəfli məsləhətləşmələr aparır
İsveçrədə ABŞ və İran arasında danışıqlar dayandırılıb - YENİLƏNİB-1
ABŞ-da təyyarə qəzaya uğrayıb, 3 İsrail vətəndaşı ölüb
İran tərəfi ABŞ nümayəndə heyəti ilə salamlaşma mərasimi və birgə foto çəkdirməkdən imtina edib
ABŞ Prezidenti: Britaniyanın Baş naziri Kir Starmer istefa verəcək
Tramp İrana Hizbullahla bağlı xəbərdarlıq edib
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq, İranla ilk görüşdə ciddi irəliləyiş əldə olunub - YENİLƏNİB
XİN-ə diplomatik xidmətə qəbul üzrə müsabiqənin birinci mərhələsi keçirilib
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb
Rusiyada helikopterlə əlaqə kəsilib, axtarışa başlanılıb
SOCAR: Dübəndi çimərliyinin neftlə çirklənməsinə sualtı kəmərin zədələnməsi səbəb olub
İran XİN: ABŞ-la yekun saziş üzrə danışıqlar beş bənd icra olunmadan başlamayacaq
Pezeşkian: İran uranın zənginləşdirilməsindən imtina etməyəcək
Pakistan Baş naziri və ordu komandanı İsveçrədə Venslə görüşüb
Bərpa işləriylə əlaqədar Bakıda suyun verilməsində 2-3 saatlıq azalmalar tətbiq olunur
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
FHN küləkli hava şəraiti ilə əlaqədar çimərliklərlə bağlı xəbərdarlıq edib
Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib
İranın Birinci vitse-prezidenti: Hörmüz boğazı bizə məxsusdur - VİDEO
Sabah yağış yağacaq
Niger Məsləhət Şurasının sədri Azərbaycana səfərə gəlib
Azərbaycana yay fəsli daxil olub
İsveçrədə İran və ABŞ arasında danışıqların proqramı məlum olub
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
İordaniya Kralı Azərbaycana səfərə dəvət edilib
Prezident İordaniya Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib - FOTO
Bakıda kilsədə Argentinanın Milli Gününə həsr olunmuş “Te Deum” mərasimi keçirilib - VİDEO
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb - YENİLƏNİB
Kerç bərə keçidində daşımalar dayandırılıb
İsrail Ordusu Suriyanın cənubunda irəliləyir
Pakistan Baş naziri və ordu komandanı ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib - YENİLƏNİB
DÇ-2026: Yaponiya Tunisi darmadağın edib
Ukrayna Ordusu Kerç yarımadasına zərbə endirib, 4 nəfər ölüb, 28 nəfər yaralanıb - YENİLƏNİB
KİV: ABŞ və İran arasında İsrail-Hizbullah münaqişəsinə dair fövqəladə iclas keçiriləcək
Gəncədə evdən meyit tapılıb
ABŞ İranla danışıqları təhlükəyə atmamaq üçün İsrailə təzyiq göstərir
İtaliyanın səkkiz şəhərində həddən artıq istilik səbəbilə xəbərdarlıq edilib
KİV: ABŞ bəzi dondurulmuş aktivləri İrana qaytara bilər
DÇ-2026: Ekvador və Kurasaodan heç-heçə
Starmer 22 iyunda istefa verəcəyini açıqlaya bilər
İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün İsveçrəyə çatıb
Ağ Ev: ABŞ Latın Amerikasındakı narkotik kartellərini hədəf almağa davam edəcək
Vens: İranla danışıqlar nüvə proqramını da əhatə edəcək
DÇ-2026: Almaniya Fil Dişi Sahilini çətinliklə məğlub edib
Poroşenko da Polşanın Ağ Qartal Ordenindən imtina edib
Vens: ABŞ-İran danışıqları bir neçə gün davam edə bilər