Bank Of Baku

Araz Əzimov: “İşğal altında olan ərazilərimizdə törədilən yanğınlar münaqişənin həllindən sonra evinə qayıdan əhaliyə ciddi problemlər yaradacaq”

Araz Əzimov: “İşğal altında olan ərazilərimizdə törədilən yanğınlar münaqişənin həllindən sonra evinə qayıdan əhaliyə ciddi problemlər yaradacaq”
# 24 may 2007 11:01 (UTC +04:00)
Onun fikrincə, baş verən mütəmadi yanğınlar işğal altında olan ərazilərin qəbuledilməz hala salınması ilə nəticələnəcək. “Bu yanğınlar həm torpağın keyfiyyətini, həm bitkilərin vəziyyətini, həm yaşayış şəraitini qeyri-məqbul vəziyyətə gətirəcək. İşğal altında olan ərazilər azad edildikdən sonra əhalinin doğma yerlərinə qayıdış prosesi başlayacaq və təbii ki, əhali bu yanğınların törətdiyi çətinliklərlə üzləşəcək. Azərbaycan işğal altında olan ərazilərində baş verən yanğınlar problemi ilə əlaqədar ilk gündən addımlar atmağa başlayıb. Keçən il bu məsələ BMT-də qaldırılıb, daha sonra bu problemlə əlaqədar BMT xüsusi qətnamə qəbul edib. BMT qətnaməsində göstərilən qərarlar, təlimatlar və tövsiyələr nəticəsində ATƏT-in qiymətləndirmə missiyası regiona baş çəkib, həmin missiyanın tərkibində bizim ekspertlər də iştirak edib. Onların verdiyi məruzələrdə yanğınların baş verməsi, onların dağıdıcı təsiri, verdiyi zərər dəyərləndirilib və təsdiq edilib. Azərbaycan hazırda vəziyyətlə bağlı təhlilləri davam etdirir”. /APA/

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR