Bank Of Baku

Bakı və Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib

Bakı və Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib
# 24 may 2007 13:35 (UTC +04:00)
Şamaxıda və Bakının Xətai rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şamaxıda şəhər sakini Sənan Pənahov idarə etdiyi “Mercedes” markalı avtomaşını aşırıb. Nəticədə o, hadisə yerində ölüb. Xətai rayonu ərazisindəki Nobel prospektində isə Bakı şəhər sakini Kamal Abbasov idarə etdiyi “VAZ-21099” markalı avtomaşını aşırıb. Nəticədə K. Abbasovun sərnişinləri olan iki qadın hadisə yerində ölüb, xəsarət alan digər sərnişin, Bakı şəhər sakini Səkinə Muxtarova isə xəstəxanaya yerləşdirilib, onun vəziyyəti qənaətbəxşdir. Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR