Bank Of Baku

Bakıda baş verən yol-nəqliyyat hadisələrində 2 nəfər ölüb

Bakıda baş verən yol-nəqliyyat hadisələrində 2 nəfər ölüb
# 24 may 2007 13:36 (UTC +04:00)
Bakının Nərimanov və Xətai rayonları ərazisində yol-nəqliyyat hadisələri baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nərimanov rayonu Z. Bunyadov prospektində Kürdəmir rayon sakini Ramin Şəfiyev idarə etdiyi “Mercedes” markalı avtomaşınla Bakı şəhər sakini Səbzə Allahverdiyevanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən S. Allahverdiyeva orada ölüb. Xətai rayonu Zığ qəsəbəsi ərazisində isə Bakı şəhər sakini Nəcəf İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomaşınla 10-15 yaşlı oğlan uşağını vurub. Nəticədə uşaq hadisə yerində ölüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR