Bank Of Baku

Novokuznetskin “Yubileynaya” şaxtasında baş verən partlayışda 38 nəfər ölüb, 7 nəfər yaralanıb

Novokuznetskin “Yubileynaya” şaxtasında baş verən partlayışda 38 nəfər ölüb, 7 nəfər yaralanıb
# 24 may 2007 14:52 (UTC +04:00)
APA-nın məlumatına görə, partlayış anında şaxtada 217 nəfər olub, hadisədən dərhal sonra həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində 179 nəfər şaxtadan çıxarılıb. Faktla bağlı cinayət işi başlanıb. İlkin məlumata görə, partlayış şaxtaya metan qazının sızması nəticəsində baş verib. Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev şaxtaçıların ailəsinə hər cür yardım göstəriləcəyini bildirib. Rusiya mətbuatı “Yubileynaya” şaxtasına metan qazının sızması barədə rəhbərlikdə bir həftə əvvəldən məlumat olduğunu, bununla belə işin dayandırılmadığını yazır. Azərbaycan prezidenti İlham Əliyev “Yubileynaya” şaxtasında baş verən partlayışla əlaqədar Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısı başsağlığı məktubunda Kemerovo vilayətindəki “Yubileynaya” şaxtasında partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qarşıladığını qeyd edib, Rusiya prezidentinə, həlak olmuş şaxtaçıların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR