Bank Of Baku

Soyğunçuluqla məşğul olan Lənkəran sakini həbs olunub

Soyğunçuluqla məşğul olan Lənkəran sakini həbs olunub
# 24 may 2007 14:54 (UTC +04:00)
Lənkəran Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqla məşğul olan şəhər sakini həbs olunub. Bu barədə APA-nın cənub bürosuna Lənkəran ŞPŞ-nin müstəntiqi Nurəddin Heydərov məlumat verib. Onun sözlərinə görə, 1967-ci il təvəllüdlü Vasif Mirzə oğlu Məmmədov şübhəli şəxs qismində saxlanılıb. V. Məmmədov istintaqa verdiyi ifadəsində 26 oktyabr 2006-cı ildə gecə saat 23:00 radələrində şəhər sakini Həlimə Axundovaya xəsarət yetirməklə onun pul kisəsini götürərək qaçdığını, həmçinin 2007-ci ildə daha bir neçə yerdən oğurluq etdiyini etiraf edib. Saxlanılmış şəxsin evinə baxış keçirilərkən 4 ədəd təkər diski, müxtəlif ev əşyaları və 1 ədəd tapança maddi sübut kimi götürülüb. Faktla bağlı Lənkəran ŞPŞ-də CM-nin 180.2.4 maddəsi ilə cinayət işi açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR