Bank Of Baku

Novxanıda dənizdə boğulan şəxsin cəsədi tapılaraq sudan çıxarılıb

Novxanıda dənizdə boğulan şəxsin cəsədi tapılaraq sudan çıxarılıb
# 25 may 2007 10:31 (UTC +04:00)
Dünən axşam saat 17.00 radələrində Novxanıda qeyri-çimərlik ərazidə çimən Şamaxı sakini Zülfüqarov Namiq Ağaxan oğlu qıcolma nəticəsində dənizdə boğulub. Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə Əlaqə İdarəsinin Mətbuat Xidməti Şöbəsindən APA-ya verilən məlumata görə, dənizdə boğulan şəxsin cəsədinin tapılmasına “Bakı” Dalğıc Axtarış Qrupunun dalğıcları cəlb olunub. Dalğıclar bu gün səhər 08.45 radələrində Namiq Zülfüqarovun cəsədini taparaq sudan çıxarıblar. Cəsəd hüquq-mühafizə orqanlarına təhvil verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR