Bank Of Baku

Rusiya məhkəməsi Səid Nursinin kitablarının ölkə ərazisində yayımı və təbliğini qadağan edib

Rusiya məhkəməsi Səid Nursinin kitablarının ölkə ərazisində yayımı və təbliğini qadağan edib
# 25 may 2007 14:59 (UTC +04:00)
APA-nın məlumatına görə, məhkəmə qərarında “Nur risalələri”nin rus dilinə tərcümə olunmuş 14 cilddən ibarət variantının müsadirə olunması nəzərdə tutulur. Tatarıstan prokurorluğunun iddiası əsasında başlanan ilkin məhkəmə istintaqı zamanı Səid Nursinin əsərlərinin ekspertizadan keçirilməsi barədə qərar verilib. Moskva Dövlət Universiteti, Kazan Universitetinin psixologiya kafedrası və Respublika Kliniki Psixiatriya Xəstəxanasının nümayəndələrindən təşkil olunmuş ekspertiza Səid Nursinin əsərlərinə rəy verib. Lakin bu rəy məhkəməni qane etməyib və hakimin qərarı ilə ikinci ekspertiza təyin olunub. Hakim əsərlərə rəy verilməsinə yardım etmək üçün Rusiya Elmlər Akademiyasından yardım istəyib. Dilçilik və psixologiya elmləri üzrə mütəxəssislərdən ibarət ekspert qrupu “Nur risalələri”nin ekstremizmi təbliğ edən dini ədəbiyyat olduğunu təsdiqləyib. Koptev rayon məhkəməsində keçirilən iş üzrə ittiham olunan tərəf qismində “Nur risalələri”nin yayımı ilə məşğul olan “Nuru Badi” fondu cəlb edilib. Maraqlıdır ki, bu fonda Risiya vətəndaşlığını almış azərbaycanlı İbrahim İbrahimov və Bəhmən Vəliyev rəhbərlik edirlər. Qeyd edək ki, Rusiya xüsusi xidmət orqanları 2003-cü ildə Rostovda, bir il sonra isə Ufada nurçuluq ideyalarını yayan qeyri-leqal təşkilatların fəaliyyətini zərərsizləşdirib. Ümumilikdə, təkcə 2002-2004-cü illərdə Rusiyadan nurçular təriqətinə məxsus olan 20 Türkiyə vətəndaşı deportasiya edilib. Qeyd edək ki, Səid Nursinin və onun davamçısı Fətullah Gülənin əsərləri bir çox ölkələrdə, o cümlədən Türkiyədə qadağan edilib. Nurçuluq təlimi dünyəvi dövləti devirərək dini dövlət qurmağı təbliğ edir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin ictimai əlaqələr mərkəzinin məlumatına görə, “Hizbut-təhrir” terror təşkilatının üzvləri ideoloji təlim zamanı Səid Nursinin “Nur risalələri”ndən də istifadə edirlər. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR