Bank Of Baku

Tərtərin Çaylı kəndinin iki sakini quduz itlərin hücumuna məruz qalıb

Tərtərin Çaylı kəndinin iki sakini quduz itlərin hücumuna məruz qalıb
# 30 may 2007 16:19 (UTC +04:00)
Tərtər rayonunun Çaylı kəndinin iki sakini quduz itlərin hücumuna məruz qalıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, əslən Laçından olan Şahvələdovlar ailəsinin iki üzvü, 1979-cu il təvəllüdlü Dağıstan Barat oğlu Şahvələdov və 1977-ci il təvəllüdlü Tünzalə Əli qız Şahvələdova itlərin hücumu nəticəsində xəsarət alıblar.
Faktı təsdiqləyən Tərtər Mərkəzi Rayon Xəstəxanasının (MRX) baş həkimi Məhəbbət Paşayeva bildirib ki, hadisədən xəbər tutan MRX-nın və Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri quduzluq əleyhinə vaksinasiya aparıblar. M. Paşayevanın sözlərinə görə, Tünzalə Şahvələdova hamilə olduğundan onun vaksinasiyası çox çətin olub. Buna baxmayaraq, ananı və bətnindəki körpəni xilas etmək mümkün olub. Respublika Baytarlıq Laboratoriyası itin quduzluq xəstəliyinin daşıyıcısı olduğunu müəyyənləşdirib.
Mütəxəssislərin fikrincə, xəstəliyin əsas mənbəyi işğal altındakı ərazilərdən sahibsiz heyvanların yaşayış məntəqələrinə axışması ilə bağlıdır. Ötən illər ərzində təmas xəttinin Tərtər istiqamətində canavar və vaşaq kimi heyvanların kəndlərə basqın etməsinə az təsadüf edilməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR