Bank Of Baku

Baş prokuror Zakir Qaralov: “Fərhad Əliyevin məhkəməsində ifadə verməyimdə heç bir problem yoxdur”

Baş prokuror Zakir Qaralov: “Fərhad Əliyevin məhkəməsində ifadə verməyimdə heç bir problem yoxdur”
# 31 may 2007 09:23 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri baş prokuror Zakir Qaralov deyib. Onun sözlərinə görə, hər bir vətəndaş qanun qarşısında cavab verməlidir: “Əgər nə vaxt məhkəmə qərar versə, biz də ifadə verə bilərik”.
Baş prokuror Fərhad Əliyevin “İstintaq zamanı məndən 100 milyon dollar istədilər” açıqlamasına da münasibət bildirib. Z. Qaralov qeyd edib ki, F. Əliyevlə bağlı istintaq materialları barədə ictimaiyyətə kifayət qədər məlumat verilib: “Mən o şəxsin açıqlamalarına münasibət bildirmək istəmirəm. Həm də məhkəməsi getdiyi üçün bundan artıq nə isə demək məhkəmə prosesinin gedişinə mənfi təsir göstərə bilər. Nə Fərhad Əliyev, nə vəkilləri, nə də onu müdafiə edən başqa şəxslər məhkəmədən kənar heç bir qeyri-qanuni çıxışlar etməməli, heç bir konfrans keçirməməlidirlər. Kimi cinayət işi ilə bağlı əlavə suallar maraqlandırırsa, məhkəmə qarşısında suallarını verib, cavab ala bilərlər. Məhkəmə istintaqında bütün məsələlərlə bağlı araşdırmalar aparılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR