Bank Of Baku

Bərdədə məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın baş verib

Bərdədə məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın baş verib
# 31 may 2007 10:03 (UTC +04:00)
Bu gün səhər saatlarında Bərdədə güclü yanğın baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, Bərdə şəhərində yerləşən 105 saylı texniki peşə məktəbinin yataqxanasını bürüyən alov binada məskunlaşmış 6 məcburi köçkün ailəsinin yaşadığı otaqları tamamilə məhv edib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Dövlət Yanğın Təhlükəsizlik Xidmətinin Bərdə rayon şöbəsinin əməkdaşları yanğının bütün binanı əhatə etməsinin qarşısını alıblar. Faktla bağlı araşdırma aparılır. Yanğının baş vermə səbəbləri araşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR