Bank Of Baku

Samur-Abşeron su kanalında boğulduğu bildirilən Dəvəçi sakininin cəsədi axtarılır

Samur-Abşeron su kanalında boğulduğu bildirilən Dəvəçi sakininin cəsədi axtarılır
# 31 may 2007 15:57 (UTC +04:00)
Mayın 28-də Dəvəçi rayonunun Gəndab inzibati ərazi vahidliyinin Ləcədi kənd sakini, 31 yaşlı Rəhim Hidayətov Samur-Abşeron su kanalına düşərək boğulub. APA-nın şimal bürosunun Dəvəçi polis şöbəsindən aldığı məlumata görə, hadisə ehtiyatsızlıq ucbatından baş verib. Bəzi kənd sakinləri də üç uşaq atası olan Rəhim Hidayətovu son dəfə kanalın üstündəki körpüdə gördüklərini bildiriblər. Polis əməkdaşları üç gündür ki, mərhumun cəsədini tapmaq üçün hadisənin baş verdiyi ərazidə axtarış tədbirləri həyata keçirirlər. Faktla bağlı təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR