Bank Of Baku

Ələt-Astara yolunun 31-ci kilometrliyində 3 nəfərin ölümü, 5 nəfərin isə yaralanması nəticələnən yol qəzası baş verib

Ələt-Astara yolunun 31-ci kilometrliyində 3 nəfərin ölümü, 5 nəfərin isə yaralanması nəticələnən yol qəzası baş verib
# 01 iyun 2007 10:32 (UTC +04:00)
Salyan rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Bakı istiqamətində hərəkət edən, Neftçala rayon sakini Rafulla Əlihüseyn oğlu Əliyevin idarə etdiyi RAF markalı mikroavtobus qarşıdan gələn, Cəlilabad rayonu Seyidbazar kənd sakini Hacıbaba Qəhrəman oğlu Nərimanovun idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşub. Nəticədə RAF-da olan üç sərnişin-sürücünün həyat yoldaşı, 1964-cü il təvəllüdlü Bəhiyyə Ərəstun qızı Əliyeva, Bankə qəsəbə sakini Rəşad Azad oğlu Salayev və şəxsiyyəti məlum olmayan sərnişin dünyasını dəyişib. Mikroavtobusda olan 3 nəfər, eyni zamanda “KamAZ”-ın sürücüsü H. Nərimanov və sərnişini Əşrəf Əlifoğlu Həsənov isə müxtəlif bədən xəsarətləri alaraq, Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı Salyan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR