Bank Of Baku

Rusiya telekanallarının Azərbaycanda yayımının davam etdirilməsi ilə bağlı yaradılan İşçi Qrupun toplantısı keçirilib

Rusiya telekanallarının Azərbaycanda yayımının davam etdirilməsi ilə bağlı yaradılan İşçi Qrupun toplantısı keçirilib
# 01 iyun 2007 16:23 (UTC +04:00)
MTRŞ-ni qrupda təmsil edən Qafar Cəbiyevin APA-ya verdiyi məlumata görə, toplantıda Rusiyanın RTR kanalının Azərbaycanda, AzTV-nin isə Rusiyada paritet əsaslarla yayımının aparılması ilə bağlı müzakirələr aparılıb. Müzakirələrin hələ bir müddət davam edəcəyini söyləyən Q. Cəbiyev sonda təkliflər hazırlanacağını və Azərbaycan hökumətinə təqdim olunacağını qeyd edib. İşçi Qrupda müzakirə edilən təkliflərdən biri də AzTV-nin Rusiyaya məxsus milli tezlikdə yayımlanması ilə bağlıdır. Mütəxəssislər hesab edir ki, indiyə qədər Rusiya telekanalları ölkəmizin ərazisində Azərbaycana məxsus milli tezlikdə yayımlandığı üçün qarşı tərəf də bu şərtə əməl etməlidir.
MTRŞ üzvünün sözlərinə görə, müəyyən ediləcək vaxtda Azərbaycanda yayımı dayandırılacaq Türkiyənin “Samanyolu” telekanalı ilə bağlı hər hansı müzakirə aparılmır.
MTRŞ sədri Nuşirəvan Məhərrəmli isə APA-ya açıqlamasında deyib ki, Rusiyanın ORT kanalının Azərbaycanda yayımı dayandırılacaq. Onun sözlərinə görə, RTR kanalının Azərbaycanda yayımının davam etdirilməsi ilə bağlı 3 illik müqavilə imzalanması gözlənilir və bu məsələ hər il yenidən müzakirə ediləcək. Məsələ ilə bağlı AzTV ilə RTR arasında da müqavilə imzalanması gündəmdədir. Bu məsələ iyulun 10-na qədər həllini tapacaq.
Qeyd edək ki, MTRŞ-nin qəbul etdiyi qərara əsasən iyulun 10-da Azərbaycanda xarici ölkələrə məxsus kanalların yayımı dayandırılacaq. Türkiyənin TRT-1 kanalının yayımı ilə bağlı bağlanan müqavilənin müddəti başa çatmadığına görə, bu qərar hələlik həmin kanalına aid deyil. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR