Bank Of Baku

Xaçmazın mərkəzi bazarında yanğın baş verib

Xaçmazın mərkəzi bazarında yanğın baş verib
# 01 iyun 2007 16:49 (UTC +04:00)
Bu gün saat 19:30 radələrində Xaçmaz rayonunun mərkəzi bazarında yanğın başlayıb. APA-nın şimal bürosunun məlumatına görə, yanğın qəflətən geyim əşyaları satılan yarmarkadan qalxıb və qısa müddətdə ətrafa yayılıb. Hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz rayon şöbəsinin əməkdaşları göndərilib. Saat 20:00 radələrində yanğın söndürülüb. İlkin məlumatlara görə, yarmarkanın 10-dan çox cərgəsi yanaraq sıradan çıxıb. Xaçmaz Rayon İcra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və yerli hüquq-mühafizə orqanlarının rəhbərləri hazırda hadisə yerindədirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR