Bank Of Baku

Ceyrançöldə fermerlər arasında baş verən münaqişədə 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Ceyrançöldə fermerlər arasında baş verən münaqişədə 2 nəfər ölüb, 1 nəfər yaralanıb
# 02 iyun 2007 10:29 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ceyrançöldə fermer təsərrüfatı ilə məşğul olan şəxslər - Ağstafa rayonunun Sadıqlı kənd sakinləri Şəmsəddin Musayev, onun qardaşları Rüfət, Novruz, qonşuları Ramiz Süleymanov, onun qardaşı Rasim, əmisi oğlu Taleh, qohumları Eldar Mikayılov və onun qardaşı Kamil arasında münaqişə baş verib. Nəticədə Rüfət ov tüfəngindən atəş açaraq Rasimi öldürüb, Taleh və Ramizə isə bıçaqla xəsarət yetirib. Xəsarətlə xəstəxanaya yerləşdirilən Ramiz orada ölüb, Talehin vəziyyəti isə ağırdır. Ağstafa rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər nəticəsində Şəmsəddin, Novruz və Rüfət Musayev qardaşları tutulub, onlardan 1 ədəd ov tüfəngi və 1 ədəd bıçaq götürülüb. Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR