Bank Of Baku

Kəmaləddin Heydərov: “Gələn ilin sonuna qədər bütün çimərliklər lazımi texnikalarla təchiz olunacaq”

Kəmaləddin Heydərov: “Gələn ilin sonuna qədər bütün çimərliklər lazımi texnikalarla təchiz olunacaq”
# 02 iyun 2007 10:34 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib. K. Heydərov deyib ki, xilasetmə məntəqələrində dalğıclar, xilasedicilər və həkimlər fəaliyyət göstərirlər. Bu günədək xilasetmə məntəqələri üçün 30-dan çox kater alınıb və texnikaların alınması davam edir: “Xəzərin sahilində harada çimərliklər varsa, hamısında xilasetmə məntəqələri fəaliyyət göstərir. Hamısı texnika ilə təchiz olunub. Bir neçə yerdə binaların inşası gedir. Gələn ilin sonuna qədər bütün çimərliklər lazım olan bütün texnikalarla təchiz olunacaq”. K. Heydərov hazırda FHN-in bütün çimərlikləri nəzarət altında saxladığını deyib: “Ötən ilin təhlilləri göstərir ki, ən çox suda boğulma halı qeyri-çimərlik ərazilərdə baş verib. Bu isə vətəndaşların öz təhlükəsizliyini təmin etməməsi səbəbindən baş verib. Qeyri-çimərliklər yerli icra orqanları tərəfindən statusu olmayan yerlərdir”. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR