Bank Of Baku

Bakının Nəsimi və Naxçıvanın Babək rayonlarında baş verən yol qəzalarında iki nəfər ölüb

Bakının Nəsimi və Naxçıvanın Babək rayonlarında baş verən yol qəzalarında iki nəfər ölüb
# 02 iyun 2007 10:52 (UTC +04:00)
Bakının Nəsimi və Naxçıvan Muxtar Respublikasının Babək rayonları ərazisində ölümlə nəticələnin yol-nəqliyyat hadisələri baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi rayonu, Müşfiqabad qəsəbə sakini Mirzə İsrafilovun idarə etdiyi “Mercedes” və Bakı şəhər sakini Əslaf Məcidovun idarə etdiyi “Toyota” markalı avtomaşınlar toqquşub. M. İsrafilov idarəetməni itirərək hadisə yerinin yaxınlığında olan Əhməd Əhmədovu vurub. Nəticədə Ə. Əhmədov hadisə yerində ölüb. Babək rayonunun Xalxal kəndi ərazisində isə kənd sakini Nəriman Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla Şahbuz rayon sakini Dağbəyi Novruzovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən D. Novruzov orada ölüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR