Bank Of Baku

Sel qurbanı olan Şahbuz sakininin cəsədi Vayxır su anbarından tapılıb

Sel qurbanı olan Şahbuz sakininin cəsədi Vayxır su anbarından tapılıb
# 04 iyun 2007 08:03 (UTC +04:00)
Naxçıvan MR Şahbuz rayonunun dağ kəndlərində baş vermiş təbii fəlakət nəticəsində həmin rayonun itkin düşən Yuxarı Qışlaq kənd sakini, 21 yaşlı Rəşadət Xudanovun meyiti tapılıb. Naxçıvan MR Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, 5 gündən artıq davam edən axtarışların nəticəsində sel qurbanının cəsədi ötən həftənin şənbə günü günorta saatlarında Vayxır su anbarının 26 metrlik dərinliyində aşkar edilib. Mərhumun cəsədi ailəsinə təhvil verilib.
Qeyd edək ki, mayın 27-də axşam saatlarında aramsız yağan leysan yağışları nəticəsində Şahbuz rayonunun Keçili, Biçənək, Aşağı və Yuxarı Qışlaq kəndlərində təbii fəlakət baş verib, kəndlərə xeyli ziyan dəyib. Güclü leysanın yaratdığı sel iki nəfərin - 21 yaşlı Rəşadət Xudanovun və atası Ərrəhman Xudanovun həyatına son qoyub. Ərrəhman Xudanovun meyiti hadisənin ertəsi gün gecə saatlarında Qarababa kəndi yaxınlığında “Şamlar” adlanan ərazidə çayda tapılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR