Bank Of Baku

Moskvada azərbaycanlı kriminal avtoritet Çingiz Axundov öldürülüb

Moskvada azərbaycanlı kriminal avtoritet Çingiz Axundov öldürülüb
# 04 iyun 2007 08:58 (UTC +04:00)
İyunun 2-də Moskvada azərbaycanlı “qanuni oğru”, 54 yaşlı Çingiz Axundov öldürülüb. APA-nın xəbərinə görə, Ç. Axundov mühafizəçisi Sergey Lukyanovla birlikdə evindən çıxaraq avtomobilinə minmək istəyərkən kənarda gözləyən “VAZ-2109” markalı maşından düşən naməlum şəxs onları “Kalaşnikov” avtomatından atəşə tutub. Sonra killer yerə yıxılmış Ç. Axundova yaxınlaşaraq onun başına “Makarov” tapançasından bir neçə dəfə atəş açaraq uzaqlaşıb. 9 güllə yarası alan kriminal avtoritet təcili yardım maşını gələnə qədər canını tapşırıb. Olaydan dərhal sonra hüquq-mühafizə orqanları “Perexvat” adı altında əməliyyat-axtarış tədbirlərinə başlasalar da, cinayətkarı isti izlərlə yaxalamaq mümkün olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR