Bank Of Baku

BİZNES-QOROSKOP

BİZNES-QOROSKOP
# 04 iyun 2007 11:31 (UTC +04:00)
QOÇ


Yayın birinci yarısında uşaqlarla bağlı bir çox problemlər gətirən və sevgi münasibətlərini pisləşdirən bir sıra uğursuz hadisələr baş verə bilər. İlk günlər təcili səfərlər ola bilər, gözlənilməz xəbər alacağınız mümkündür. İyunun üçdə ikisi işiniz çox olacaq, müxtəlif maneələri dəf etməli olacaqsınız. Sonra isə, əksinə, hər şeyi ataraq problemlərdən dincəlmək istəyəcəksiniz. Buna baxmayaraq, bir neçə həftə ərzində çox şey öyrənə, təcrübənizi və intellektual bacarığınızı genişləndirə, adi işlərə yeni cür yanaşa bilərsiniz. Yalnız ayın axırında həyat sürətli bir qədər azalacaq, ailənizə və yaxınlarınıza daha çox diqqət göstərə biləcəksiniz. Ayın 25-dən sonra ailə problemlərinin həllinə xeyli güc sərf oluna bilər. Valideynlər və digər ailə üzvləri ilə bağlı qayğılar səbəstliyinizi əlinizdən ala bilər. Həmin müddətə səfərlər təyin etməyinə dəyməz. Məzuniyyəti isə evinizin yaxınlığında keçirməyiniz məsləhətdir. Bu yay uşaqlarla onların təhsili, səhhəti və tərbiyəsi ilə ciddi məşğul olmaq lazımdır.

Uğurlu günləriniz - 19-20 iyun

BUÄžA


Əlbəttə ki, may sizin üçün ən fəal ay olaraq qalacaq. Yayın əvvəlində isə Buğalar şəxsi münasibətləri ilə bağlı məsələləri həll edəcəklər. Qadınlar öz imiclərini, gözəllik və rahatlıqla bağlı baxışlarını, dostlarını dəyişə bilərlər. Ayın 5-dək alış-veriş etmək, ailə ilə bağlı və şəxsi problemləri həll etmək olmaz, pis xəbərlər ala bilərsiniz, müvəqqəti olaraq səhhətiniz pisləşə bilər. Gələcəkdə maliyyə romantizmi üzündən kiçik itkiləriniz ola bilər, buna görə də israfçılığa yol verməməyiniz məsləhətdir, gözlənilməz hadisələr üçün hər zaman ehtiyatınız olsa yaxşıdır. Mayın ortasından başlayaraq iyunun 15-18-dək səhhətinizlə və şəxsi həyatınızdakı qeyri-müəyyənliklə bağlı müvəqqəti tənəzzül hiss edə bilərsiniz, iş cədvəlinin sıx olması ilə əlaqədar bəzi məhdudiyyətlər meydana çıxa bilər. Ayın 21-dən başlayaraq sizin üçün ulduzların düzülüşü xeyli yaxşılaşacaq. Sakitcə öz işinizlə məşğul ola biləcəksiniz. Amma yay ərzində səhhətinizə qarşı diqqətli olmalı, şəhərdə və bağ evinizdə özünüzü ağır işlə yükləməməlisiniz.

Uğurlu gününüz 21-22 iyun.

ƏKİZLƏR


İyun sizin ayınızdır, lakin bu heç də bəxtinizin gətirəcəyinə və həyatınızın asan keçəcəyinə dəlalət etmir. Əksinə, böyük dəyişikliklər məhz sizə aid olacaq. Əkizlər, çox güman ki, həyatlarında və işdə çox şeyi dəyişmək, köhnə, cansıxıcı vəziyyətlərdən və əlaqələrdən yaxa qurtarmaq, ideya və konsepsiyalarını köklü şəkildə təzələmək istəyəcəklər. Əgər ayın 16-dək hər hansı bir fəal addım atmasanız, həyatınız əvvəlki axarı ilə davam edəcək. Lakin ilk iki həftədə dolaşıq səfərlər, əcnəbilərlə münaqişələr, qanunla bağlı xoşagəlməzliklər mümkündür. Biznesdə müstəqilliyi itirmək, şəraitin güclü təzyiqi altına, yaxud digər daha güclü şirkətlərin tabeliyinə düşmək təhlükəsi var. İyunun 17-dən başlayaraq ayın ən mürəkkəb zolağı geridə qalacaq, səhhətinizi bərpa edə, yarımçıq işlərinizi başa çatdıra bilərsiniz. Ayın 24-dən sonra şəxsi həyatınızda xoşagələn hadisələr baş verə bilər. Ayın son iki günündə isə ünsiyyətiniz canlanacaq, maraqlı tanışlıqlar meydana çıxacaq.

Uğurlu günləriniz 23-24 iyun.

XƏRÇƏNG


Bu yay sizə xeyli maraqlı hadisə gətirəcək. Hərçənd, onların əksəriyyəti iyulda baş versə də, ilk xəbərlər artıq iyunun 3-dən daxil ola bilər. Ayın birinci ongünlüyündə Xərçənglərin yeni maraq və əlaqələri meydana çıxmalıdır, uşaqlarla və qohumlarla ünsiyyət yaxşılaşaq, tədricən hansısa ailə məsələləri həll olunacaq. Ayın 12-dək maşın, ev üçün kiçik əşyalar almaq, səfərlərə yollanmaq, qohumluq və işgüzar əlaqələri yoluna qoymaq olar. Ümumiyyətlə, ayın əvvəli və axırı həm biznes, həm də ev və şəxsi inkişaf üçün daha uğurlu olacaq. Ayın 20-dək bir qədər kölgədə qalaraq qüvvə toplaya, səhhətinizlə məşğul ola, hanısa daxili problemləri həll edə bilərsiniz. İyunun 21-dən bürcünüzün başlaması ilə aktiv fəaliyyətə qatıla bilərsiniz. Ayın axırında ailənizin rifahını artıra, nüfuzunuzu və cəmiyyətdə təsirinizi möhkəmlədə bilərsiniz. Şəxsi həyatınız üçün iyulun ikinci yarısı daha uğurlu olacaq. İndi isə yeni mövqeləri daha fəal qazanmalı, nüfuzlu şəxslərlə tanış olmalısınız. Ayın 25-dən sonra xeyli müsbət dəyişiklik gözlənilir.

Uğurlu günləriniz 25-26 iyun.

ŞİR


Yayın böyük hissəsi sizin üçün heç də sadə dövr olmayacaq. Planetlər bir çox Şirləri sərt xarakter nümayiş etdirməyə, işdə hansısa çətinliklərin öhdəsindən mətinliklə gəlməyə vadar edir. İşlərinizdə ən mürəkkəb vəzifələrlə qarşılaşa bilərsiniz. Səhhətiniz bütün il ərzində xüsusi diqqət tələb edir. İyunun 15-dən 18-dək olan dövrdə daha çox istirahət etməli, üzərinizə əlavə yük götürməməlisiniz, hərçənd məhz ayın ortasında ciddi problemlərlə üzləşə bilərsiniz. İyunda Şirlərin çoxunun karyerasında böyük dəyişiklər baş verə, biznesdə dinamikanın kəskin şəkildə yaxşılaşması və ya pisləşməsi, nüfuzlarına və səhhətlərinə xoşagəlməz zərbələr, ümumiyyətlə, ağır mənəvi yüklənmələr ola bilər. Böyük məsuliyyətin öhdəsindən gəlməli olacaqsınız, bu aydan sonra həyatınız ciddi şəkildə dəyişə bilər, zərbə və zədələrdən ehtiyat etmək, təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Kübar həyatı və istənilən əyləncələri unutsanız yaxşıdır, uşaqların səhhəti bu ay daimi narahatlıq mənbəyinə çevrilə bilər, iyulun 5-dən sonra həyatınızda müəyyən yüksəliş gözlənilir.

Uğurlu günləriniz 2, 28, 30 iyun.

QIZ


İyunun birinci yarısı sizin bürcünüz üçün o qədər də əlverişli dövr deyil, bu, qeyri-sabitlik, sıx bağlı olduğunuz adamlar tərəfindən gözlənilməz qərarlar dövrüdür. Ayın 5-dək işlə, rəhbərliklə və ya nigahla, xarici əlaqələr və nüfuzla bağlı problemlər müşahidə oluna bilər cəmiyyət heç də bütün hərəkətlərinizi qəbul etməyəcək. Ayın 16-dək ciddi şəkildə müəyyən qərarlar qəbul etməli, peşəkar və ya ailə həyatınızda borclarınızı verməli, hansısa mühüm planlarınızdan imtina etməli olacaqsınız. Lakin gələcəkdə Qızların heç bir ciddi problemi olmayacaq. Artıq ayın 21-dən sonra yaxşı xəbərlər, perspektiv planlar, işlərinizdə uğur və dəstək meydana çıxacaq. Amma yenə də nikbin proqnozlar verməyə tələsməməlisiniz, bəzi işlər düz bir ay yubanacaq və siz iyulun sonunadək onları diqqətlə araşdırmalı olacaqsınız. Ciddi işgüzar layihələriniz yalnız gələn ilin sonunda gözlənilir, buna görə də istirahət üçün iyunun sonu-iyulun əvvəlini ayırmaq olar.

Uğurlu günləriniz 3-4, 30 iyun.

TƏRƏZİ


İyunda sizi səfərlər, təhsil məsələləri, dünyagörüşünüzün genişlənməsi maraqlandıracaq. Əvvəllər ətrafdakıların məsləhətinə əl atmalı olduğunuz bir çox məsələləri artıq özünüzün həll edə biləcəyini anlayacaqsınız. Ayın birinci yarısında uğur sizin tərəfinizdə olmayacaq, planlarınızda çoxlu maneələr yaranacaq, hardasa özünüzə imtina edərək lazım olanda dostlarınıza və qohumlarınıza yardım göstərməli olacaqsınız. Ayın 15-dək birgə biznesdə və investisiyalarda gəlir az olacaq, şəxsi münasibətlərdə qeyri-müəyyənlik ola bilər və ya özünüzü yaxşı hiss etmədiyinizdən ünsiyyətiniz azala bilər. Ayın ikinci yarısı sizin üçün daha uğurludur, Tərəzilər yaxşı alış-veriş edə, uğurlu işgüzar tərəfdaşlar tapa bilərlər. Ayın 20-də işə istirahətə, sağlamlığa dair yeni ideyalar meydana çıxacaq ki, bu da həyatınızı dəyişə bilər. Bir çox işgüzar layihələri növbəti ay səylə tamamlamalı olacaqsınız, eyni şey ailə həyatınıza və valideynlərinizə də aid ola bilər.

Uğurlu günləriniz 6-7 iyun.

ƏQRƏB


Sizin üçün bu heç də asan ay deyil: bir yandan sadə olmayan işdə diqqətinizi xeyli cəmləşdirməlisiniz, bir yandan isə dəbdəbəyə və düşünülməmiş xərclərə can atacaqsınız ki, buna görə də yaxınlarınızla münasibətləriniz mürəkkəbləşəcək. İyunun ilk iki-üç həftəsi bürcünüz üçün kifayət qədər çoxlu sınaq gətirə bilər. Gərgin işin çox olması əhvalınızın dəyişməsinə və səhhətinizə təsir edəcək, şəxsi münasibətlərinizdə isə ayrılıqlar və narahatlıqlar ola bilər, biznesdə maneələrin biri digəri ilə əvəz olunacaq. Lakin Əqrəblərin həyatında bütün çətinliklərə baxmayaraq, mütləq xoş hadisələrə də yer tapılacaq, xüsusilə ayın birinci və sonuncu ongünlüyündə. Ayın əvvəlində işgüzar məsələləri həll etmək sizin üçün asan olacaq, ezamiyyətlər, təhsilin artırılması, digər ölkələrlə əlaqələr uğurlu olacaq. Ayın axırında bir çox ailə və maliyyə problemləri həll olunacaq, yerdəyişmə sərbəstliyi meydana çıxmalıdır. İyunun son həftəsi bürcünüz üçün xeyli xoş hadisə vəd edir.

Uğurlu günləriniz 8-9 iyun.

OXATAN


İyunun birinci yarısı sizin üçün bu ilin ən asan olmayan dövrlərindən biri olacaq. Gözlənilmədən hansısa xərclər və münaqişələr baş verə, sağlamlığınızla və ətrafdakılarla normal qarşılıqlı əlaqələrinizlə bağlı problemlər ola, sığorta və bank kreditləri üzrə böyük ödənişlər meydana çıxa bilər. Bəzi Oxatanların kollektivlə və cəmiyyətlə qarşıdurması müşahidə edilə bilər. Mövqeləriniz həmişəkindən zəif ola bilər, hətta yaradıcılıq işi də yorucu və cansıxıcı şəkil ala bilər. İlk iki həftədə istənilən təşəbbüs uğursuz və hətta zərərli olacaq, lakin iyunun ikinci yarısında bütün problemlərin kəskinliyi azalacaq, hərəkət azadlığı meydana çıxacaq və istənilən mühüm işi yalnız ayın 16-dan sonraya planlaşdırmaq lazımdır. Bürcünüz daha taleyi sınağa çəkməyəcək, iyunun 16-18-dən sonra ulduzlar sakit həyat vəd edir, ayın 24-dən sonra isə sevgi və nigah sahəsində vəziyyət xeyli yaxşılaşır, xoş tanışlıqlar meydana çıxa bilər.

Uğurlu günləriniz 10-11 iyun.

OÄžLAQ


Yayın əvvəli sizin üçün o qədər də fəal dövr deyil, lakin o, ər-arvad arasındakı, işgüzar tərəfdaşlarla və bütövlükdə, xarici aləmlə münasibətlərdə xeyli mühüm dəyişiklik gətirir. İyunda elə bir vəziyyət yarana bilər ki, həmin vəziyyət iyulda daha aktual olacaq. Siz ünsiyyət dairənizi dəyişə, xariclə və digər bölgələrlə yeni əlaqələr qura bilərsiniz. Ayın birinci yarısında maliyyə cəhətdən risq doğuran təşəbbüslərə başlamağa dyməz, uğurlarını nümayiş etdirmək istəyi maliyyə xərclərinə gətirib çıxaracaq. Qadınlar üçün dəbdə olan əşyaları əldə etmələri o qədər də uğurlu olmayacaq. Ayın ikinci yarısı hər mənada daha uğurlu olacaq, həm şəxsi həyatda, həm də biznesdə hansısa çətinliklər keçmişdə qalacaq. İstirahət və istənilən ailə işləri üçün ən əlverişli dövr iyunun son ongünlüyündə başlayır, siz özünüz üçün yeni məşğuliyyətlər tapa, maraqlı adamları həyatınıza cəlb edə, ailə ünsiyyətində mövqeləri yaxınlaşdıra bilərsiniz.

Uğurlu günləriniz 12-13 iyun.

DOLÇA


İyunun birinci yarısı bürcünüz üçün cari ilin ən çətin və stressli dövrü ola bilər. Sağlamlığınız və ya xoş olmayan xəbərlər fonu fəallığınızı xeyli məhdudlaşdıracaq, Dolçalar biznesdə böyük qarşıdurma, sevgi və ailə həyatında çətin həll olunan problemlərlə qarşılaşa bilərlər. Sizin üçün hansısa yollar bağlana bilər, münaqişələr isə kifayət qədər sərt xarakter daşıyacaq, bu vaxt kömək üçün müraciət etmək olmaz, çoxları dost olmayan əhatədə, yaxud ixtisasda və ümumi inkişafda özlərindən xeyli geri qalan adamlarla işləməli olacaqlar. Psitxoloji tənəzzül hiss oluna bilər, uğursuz vəziyyət üzündən maraqlarınız ziyan çəkə bilər. Ayın 15-dək alış-veriş etmək məsləhət görülmür, çox güman ki, onlar işə yararlı olmayacaq. Eyni zamanda, iyunun axırında bir çox vəziyyətlərdə qadınlar və ya dostlar dadınıza yetəcək, çətin işlərin asan həllini tapacaq və müxtəlif adamların dəstəyini hiss edəcəksiniz.

Uğurlu günləriniz 15-16 iyun.

BALIQLAR



Yayın birinci yarısı bütün su bürcləri üçün çox mühüm olacaq. Siz yenə də diqqət mərkəzində olacaq və həyatınızdakı müsbət dəyişiklikləri davam etdirə biləcəksiniz. Lakin iyunun ilk günlərində qohumlarınızla və tanışlarınızla bağlı hansısa gözlənilməz hadisələr sizi sarsıda bilər, həyatınız səfərlər, ya da ailədə və işdə hansısa stresslər üzündən öz təbii axarından çıxa bilər. Bununla belə, birinci ongünlük vasitəçilərlə, yaradıcı adamlarla ünsiyyət üçün çox uğurludur, amma ayın 16-dək vəziyyətdən çox asılı ola bilərsiniz. Balıqlar yalnız ayın axırında planetlərin əlverişli düzümünü hiss edəcək, özləri, uşaqları ilə məşğul ola, yaxşıca dincələ, öz fəaliyyətlərində və işdə sakitcə hansısa yenilikləri hazırlaya biləcəklər. İyunun son ongünlüyü, ümumiyyətlə, sizin Bürcünüz üçün uğurludur, o, xeyli sevinc bəxş edən görüşlər, parlaq və maraqlı hadisələr, şəxsi və ailə həyatının yaxşılaşması, dəniz və çay kruizləri, habelə psixoloji problemlərin həllini gətirə bilər.

Uğurlu günləriniz 17-18 iyun











1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR